Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 12:57

Ali Məhkəmə yol qəzalarına görə cəzaların sərtləşdirilməsinə tərəfdardır


Ali Məhkəmənin Plenumunda çıxışı zamanı məhkəmənin cinayətlər üzrə kollegiyasının sədri Şahin Yusifov deyib ki, 2012-ci ildə yol qəzalarında 996 şəxs həlak olub:

“Nəticədə məhkumların sayı da artıb. Yol qəzaları ilə bağlı cinayət işləri araşdırılarkən sürücünün narkotik vasitə istifadəçisi olub-olmaması əksər hallarda yoxlanılmayıb.

Sərnişin daşınmada da müəyyən problemlər var. Sürücülərə yol vərəqələri verilmir, sürücülərin psixoloji vəziyyəti öyrənilmir. Araşdırmalar zamanı bu cür cinayət işlərində zəruri istintaq tədbirlərinin həyata keçirilmədiyi, sürücülük vəsiqələrinin, etibarnamələrin cinayət işinin materiallarına əlavə edilmədiyi müəyyən edilib. Əksər hallarda məhkəmələr bu cür cinayət işlərinin ictimai təhlükəsizlik dərəcələrini düzgün qiymətləndirməyiblər və yekunda yüngül cəzalar təyin ediblər”.

Yusifov təklif edir ki, “Cinayət Məcəlləsinə dəyişiklik edilməli və cəzalar sərtləşdirilməlidir”.

Günün bütün mövzuları

XS
SM
MD
LG