Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 16:34

ABŞ Senatı Rusiyanı qonşularına təzyiqdə günahlandırır


ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin Avropa İşləri üzrə Alt Komitəsinin sədri Chris Murphy Rusiyanı Avropa Birliyinə qoşulmaq istəyən Şərqi Avropa ölkələrinə əhəmiyyətli dərəcədə təzyiq göstərməkdə ittiham edib.

O deyib ki, Belarus, Moldova, Ukrayna, Azərbaycan, Ermənistan və Gürcüstan öz yollarını özləri seçməkdə azad olmalıdırlar.

Murphy deyib ki, Rusiya Moldova, Belarus və Ukraynadan ixraca qadağan qoyub.

Senatdakı dinləmədə Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Victoria Nulanddan soruşulub ki, Avro-Atlantika məkanına yaxınlşamaq istəyən bu ölkələr qanunun aliliyi, idarəçilikdə şəffalıq, açıq iqtisadiyyat kimi sahələrdə kifayət qədər uğur əldə ediblərmi?
XS
SM
MD
LG