Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 02:42

Metroda qəzet satışı yığışdırılıb


Mətbuat yayımı ilə məşğul olan “Metroservis”in köşkləri metro keçidlərindən yığışdırılır. Noyabrın 14-dən “Metroservis”in fəaliyyətinə xitam verilib.

Firmanın rəhbəri Bəkir Cəfərov “Musavat.com”a bildirib ki, firma fəaliyyətini dayandırıb, bütün redaksiyalara məktub göndərilərək noyabrın 15-dən onlara qəzet verilməməsi xahiş olunub, Rusiyadan gələn qəzet və jurnalların da qəbuluna son verilib.

Ancaq Bakı Metropolitenin mətbuat katibi Nəzakət Tarıverdiyeva “Axar.az”a deyib ki, “Metro servis” şirkəti özü Bakı Metropoliteni ilə əməkdaşlığa son qoyub.\

O, ayın 14-dən etibarən metro ərazisində köşklərin bağlandığını və qəzetlərin, kitabların geri qaytarıldığını bildirib. Mətbuat katibi şirkətin metroda icarə haqqının qaldırılması səbəbindən “Metro servis” şirkəti ilə əməkdaşlığa son qoyulması barədə yayılan xəbərlərə də aydınlıq gətirib:

”Bunlar hamısı şayiədir. Bizdə qiymət qalxmayıb. Ümumiyyətlə, Bakı Metropolitenində bununla bağlı heç artım nəzərdə tutulmayıb”.

Günün bütün mövzuları

XS
SM
MD
LG