Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 06:18

2012-ci il ilin Qış Olimpiya oyunlarını keçirməyə 6 namizəd var


2022-ci ilin Qış Olimpiya oyunlarını keçirməyə 6 rəsmi namizəd var. Beynəlxalq Olimpiya Komitəsinin bu gün açıqladığı rəsmi siyahıda Qazaxıstanın Almatı, Çinin Pekin, Polşanın Krakov, Ukraynanın Lvov, Norveçin Oslo, İsveçin Stokholm şəhərləri var. Qalib 2015-ci il iyulun 31-də seçiləcək.

Almaniyanın Münxen şəhəri və İsveçrənin Sant Moritz kurortu isə öz namizədliklərini geri götürüblər. Keçən həftə almanlar ölkəboyu səsvermə ilə Münxenin namizədliyinin əleyhinə çıxdılar. Onlar əsas kimi xərcləri və ətraf mühitə problem yarana biləcəyini göstərdilər.

İsveçrə də xərclərə və yarana biləcək narahtlığa görə Qış Olimpiya oyunlarını keçirməkdən vaz keçdi.
XS
SM
MD
LG