Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 03:18

Alüminum zavodunun tullantıları emal ediləcək


Hüseyn Bağırov
Hüseyn Bağırov
Bu barədə Ekolgiya və Təbii Sərvətlər naziri Hüseyn Bağırov məlumat verib. Bildirib ki, müəssisənin tullantılar çıxan hissəsinə yeni filtrlər quraşdırılması layihəsi hazırlanır.

Bundan başqa şlam sahənin tulantıları da emal ediləcək, torpaq qatı ilə örtüləcək.

Zavodun yaxınlığında köçkünlər üçün salınan qəsəbənin zavod tullantılarından çirklənməsi məsələsinə toxunan nazir dedi ki, layihə ən qısa müddətdə icra ediləcək.

Hazırda 141 hektar sahədə yerləşən şlam göllərinin təxminən 75%-i və ya 100 hektara yaxın sahəsi rekultivasiya olunub, tullantıların üzərinə 30-50 sm qalınlığında torpaq tökülüb. Şlam gölləri Alüminium zavodunun 47 illik fəaliyyəti nəticəsində yaranıb və ərazidə 21 milyon tona yaxın tullantı yığılıb.
XS
SM
MD
LG