Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 13:45

Minsk qrupu həmsədrləri illik hesabatla çıxış edib


AzərTAc Vyanadan xəbər verir ki, noyabrın 14-də ATƏT-in Daimi Şurasında Minsk qrupu həmsədrləri illik hesabatla çıxış edib.

Həmsədrlər çıxışlarında tərəfləri münaqişənin sülh yolu ilə nizamlanması prosesinə sadiq qalmağa çağırıb, danışıqlar prosesində son bir il ərzində vasitəçilik səyləri və regiona səfərləri barədə məlumat veriblər.

Bildirilib ki, həmsədrlərin məqsədlərindən biri Azərbaycan və Ermənistan prezidentləri səviyyəsində görüşün təşkili istiqamətində səylərdən ibarət olub.

Münaqişə bölgəsində atəşkəsin mütəmadi şəkildə pozulmasından narahatlıq ifadə olunub, danışıqlar prosesində tərəqqi əldə edilməsi və münaqişənin həlli üçün öhdəliyin münaqişə edən dövlətlərdə olduğu vurğulanıb.

İclasda Avropa İttifaqı, İsveçrə, ABŞ və Türkiyə təmsilçiləri, Azərbaycan və Ermənistanın ATƏT yanında daimi nümayəndələri də çıxış ediblər.

Azərbaycan nümayəndəsi ölkənin danışıqlar prosesinə sadiq qaldığını diqqətə çatdırıb, sülh prosesində irəliləyişin əldə olunması üçün Ermənistan silahlı qüvvələrinin Azərbaycan torpaqlarından çıxarılmasının vacibliyini qeyd edib, Ermənistanı konstruktivliyə çağırıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG