Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 04:41
-
Noyabrın 14-də ABŞ Senatının Xarici Əlaqələr komitəsinin Avropa Məsələləri üzrə alt komitəsində Şərq Tərəfdaşlığına dair dinləmələr keçirilib.

SEÇİM HÜQUQUNA HÖRMƏT

ABŞ Dövlət Katibinin Avropa və Avrasiya Məsələləri üzrə köməkçisi Victoria Nuland çıxışında bildirib ki, noyabrın 28-29-da Vilnusda Avropa Birliyi üzvləri Ukrayna ilə Assosiasiya Sazişi imzalamaq və Moldova və Gürcüstanla həmin sazişləri başlatmaq məsələlərini müzakirə edəcəklər.

O, bunun hər 3 ölkə üçün tarixi məqam olduğunu vurğulayıb. Nuland Şərq Tərəfdaşlığının Şərqi Avropanın və Qafqazın bir neçə üzvü üçün daha sıx əlaqələrdən də çoxunu nəzərdə tutduğunu bildirir:

“Rusiya ilə Şərq Tərəfdaşlığına dair müzakirələrimizdə Moskvanı, qonşularının istənilən siyasi və iqtisadi seçim hüquqlarına dair ATƏT öhdəliklərinə əməl etməyə çağırırıq. Biz həmçinin Moskvanı həvəsləndiririk ki, qonşularının iqtisadiyyatı ilə Avropa Birliyinin 500 milyonluq müştərisi arasındakı daha dərin inteqrasiyanın faydasını görsün”.

HƏR RUSİYA, HƏM AVROPA BİRLİYİ

ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin Avropa Məsələləri üzrə alt komitəsinin sədri Chris Murphy isə bildirir ki, Birləşmiş Ştatlar Şərq Tərəfdaşlığını güclü şəkildə dəstəkləyir və Avropa və Avrasiyada demokratiya və sabitliyin yayılmasında maraqlıdır.

Murphy Şərq Tərəfdaşlığının Rusiyanı çıxdaş etmədiyini də söyləyib. Onun sözlərinə görə, ölkələrdən hər biri Rusiya Federasiyası ilə yanaşı Avropa Birliyi ilə də sağlam münasibətləri saxlamalıdır:

“Ukrayna, Moldova, Ermənistan, Azərbaycan, Gürcüstan və Belarus öz gələcəklərinin xəritəsini azad şəkildə cızmalıdırlar. Bizim mesajımız bu olmalıdır ki, Avro-Atlantik institutların qapısı açıqdır və siz əsaslı şərtlərə hazırsınızsa, sizi dəstəkləyəcəyik”.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG