Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 23:59

“Azadlıq” qəzeti abunə marafonu keçirir


Noyabrın 15-də “Azadlıq” qəzeti abunə marafonu keçirəcək.

Qəzet maliyyə problemləri səbəbindən noyabrın 12-dən çapını dayandırıb. Belə ki, qəzetin səyyar satışına qadağa qoyulub, bir neçə məhkəmə cəriməsini ödəmək tələbi qarşısında qalıb.

Marafon AXCP-nin yeni qərargahında keçiriləcək. Qəzet internet səhifəsində xalqa müraciət də yerləşdirib. Müraciətdə deyilir:

“Tağı Əhmədov bizi ona görə məhkəməyə verib ki, biz onunla vətəndaşın 5 qəpiyinin davasını eləmişik. Kəbirə Məmmədova bizi ona görə məhkəməyə verib ki, xırda sahibkarlardan qanunsuz haqq yığılmasını ifşa eləmişik. Müdafiə Nazirliyi bizi ona görə məhkəməyə verib ki, əsgərlərin günahsız ölümlərinə etiraz etmişik.

Biz sizə çağırış edib iş yerimizi qorumağınızı istəmirik. “Azadlıq” uzun müddətdir iş yerindən mübarizə meydanına çevrilib. Bu qəzetdə çalışan (vuruşan) hər kəs öz taleyinə sahib çıxmağı bacaran insandır. Biz sizi Azərbaycan xalqının şərlə mübarizə meydanını qorumağa çağırırıq”.

Satış problemi ilə üzləşdiyini bildirən “Yeni Müsavat” qəzeti də abunə marafonuna başlayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG