Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 06:29

Bakı Dövlət Universitetinin dosenti Altay Göyüşov dərsə çağırılıb


Altay Göyüşov

Altay Göyüşov

Bakı Dövlət Universitetinin türk və Qafqaz xalqları tarixi kafedrasının dosenti Altay Göyüşov yenidən dərsə çağırılıb.

Bu barədə Media foruma Altay Göyüşovun özü məlumat verib.O bildirib ki, kafedra müdiri zəng vuraraq onu dərsə çağırıb.

Altay Göyüşov noyabrın 12-də verdiyi açıqlamada bildirmişdi ki, Bakı Dövlət Universitetinin rəhbərliyi ondan öz ərizəsi ilə işdən çıxmağı tələb edib və bunun ardınca o dərs gedə-gedə auditoriyadan çıxarılıb.O işdən çıxarılmasının səbəbinin Facebookdakı fəallığı ilə bağlı olduğunu bildirib.

BDU-nun rektoru Abel Məhərrəmov isə jurnalistlərə açıqlamasında Altay Göyüşova işinə səhlənkar yanaşdığına görə xəbərdarlıq olunduğunu bildirib.O məsələnin araşdırılacağını və konkret qərar veriləcəyini qeyd edib.

Noyabrın 13-də Altay Göyüşovun tələbələri baş verənlərə etiraz olaraq dərsə girməkdən imtina ediblər.

Altay Göyüşov Sosial-siyasi islam, islam təhsili problemləri ilə bağlı tədqiqatlar aparan alim, müxalifətdə olan REAL hərəkatının fəallarından biridir.

Günün bütün mövzuları

XS
SM
MD
LG