Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 16:29

Zlatan İbrahimovic: " Azarkeşlər Ronaldodan daha çox məni görmək istəyirlər"


 Zlatan Ibrahimovic

Zlatan Ibrahimovic

İsveç futbol yığmasının hücumçusu Zlatan İbrahimovic deyib ki, dünya çempionatında azarkeşlər Kristiano Ronaldodan daha çox onu görmək istəyirlər.

Sport-express –in məlumatına görə İbrahimovic bunu DÇ-2014-ün pley off mərhələsində Portuqaliya ilə oyunu şərh edərkən deyib:

“Dünya Çempionatının Ronaldoya yox, mənə ehtiyacı var. Mən azarküşlərdə daha çox emosiya yarada bilərəm.
Gördüyünüz kimi mənim vurduğum qollar, başqalarında alınmır.
Əlbəttə, Ronaldoya hörmət edirəm və onu dünyanın ən yaxşılarından biri sayıram. Amma hesab edirəm ki, azarkeşlər Braziliyada məhz məni görmək istəyirlər.

Xatırladaq ki, Portuqaliya - İsveç oyunu noyabrın 15-i və 19-da keçiriləcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG