Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 08:22

Şimal-qərb bölgəsi ilə bağlı statistika


Fövqəladə Hallar Nazirliyi (FHN) ötən il respublikanın şimal-qərb bölgəsində baş verən zəlzələnin fəsadlarının aradan qaldırılmasına dair növbəti statistikasını açıqlayıb.

Bu ilin sentyabrın 1-nə qədər zəlzələ bölgəsində 59156 ev və sosial obyektə baxış keçirilib, 6065 ev və sosial obyektə qəzalı, 11236 ev və sosial obyektə bərpa, 24101 ev və sosial obyektə təmir, 17754 ev və sosial obyektə isə qənaətbəxş rəyi verilib.

Baxış aktlarına əsasən, müəyyən olunan 5264 qəzalı evlərdən rayonlar üzrə - Zaqatalada 3764, Qaxda 494, Balakəndə 718, cəmi - 4976 fərdi yaşayış evinin tikintisi başa çatdırılıb, 288 fərdi yaşayış evinin tikintisi davam etdirilir.

Sentyabrın 1-dək sosial obyektlərdən inşasına başlanan 37 məktəbdən 9320 şagird yerlik 35 məktəb binası, 135 yerlik 2 uşaq bağçası tikilib istifadəyə verilib. Zaqatala rayonunun Muxax kəndində 480 şagirdlik məktəb binası bərpa və gücləndirilib.

Hesabatda həmçinin qeyd edilir ki, sentyabrın 1-dək zəlzələdən ziyan çəkmiş əhaliyə bərpa işlərinin aparılması ilə əlaqədar olaraq 28 197,7 min. manat yardım ödənilib.

7 may 2012-ci ildə episentri Zaqatala rayonu ərazisinə düşən zəlzələ nəticəsində Zaqatala, Balakən və Qax rayonlarında yaşayış evlərinə, sosial və infrastruktur obyektlərə ciddi ziyan dəyib.

Nazirlər Kabinetinin 08 may 2012-ci il tarixli 117 saylı sərəncamı ilə 07 may 2012-ci ildə respublikanın şimal-qərb bölgəsində baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılması üçün ilkin olaraq ehtiyat fondundan 20 milyon manat, 2012-ci il Dövlət büdcəsində dürüstləşmə ilə əlaqədar təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması üçün 300,0 mln. manat və Nazirlər Kabinetinin 24 oktyabr 2012-ci il 288 saylı sərəncamı ilə 100 mln. manat və 2013-cü ilin Dövlət Büdcəsindən 189,0 mln. manat olmaqla, cəmi 609 mln. manat vəsait ayrılıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG