Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 05:46

Oqtay Əsədov: "Əvvəl tərifləyir, sonra başqa cür danışırsız"


Milli Məclisin binası
Milli Məclisin binası


Milli Məclis 2014-cü ilin büdcə layihəsi haqqında qanun layihəsinin 3-cü gündür müzakirəsi davam edir. Parlament sədri Oqtay Əsədovun dediyinə görə, bu günə qədər büdcə layihəsi ilə bağlı 43 deputat və 4 hökumət nümayəndəsi çıxış edib.

Spiker çıxışların 10 dəqiqədən 5 dəqiqəyə endirilməsini təklif edib. Bundan sonra isə çıxışlar başlayıb.

BİZDƏ SAHİBKARLIQ ƏVƏZİNƏ SAHİBLƏNMƏ VAR

İlk olaraq VHP sədri Sabir Rüstəmxanlı danışıb. Deputat deyib ki, sanki onun taleyinə uyğun olaraq ona növbə çatanda çıxışın vaxtı qısalır:

“Mən bu məclisdə büdcənin 300 milyon manat olmasını müzakirə etmişəm, indi o vaxtkı büdcədən 70 dəfə artıq olan indiki büdcəni müzakirə edirəm. Bundan qürur duymamaq olmaz. Neçə gündür ki, neftdən asılılığı aradan qaldırmaq üçün yollar axtarılır. Şübhəsiz ki, kənd təsərrüfatına diqqət olmalıdır. Orada işlər görülür, amma yetərli deyil. Büdcəyə başqa gəlir mənbəyi ola bilər. Onlardan biri iqtisadiyyatda ədalətin bərpasıdır. Bu gün Bakıda və regionlarda elə işlər görülüb ki, bunu görməmək mümkün deyil.

Bu prezidentin şəxsi təşəbbüsüdür, amma onun komandasında bununla ayaqlaşmayanlarda var. Bir məsələdə vergi gəlirləridir. Bizdə orta sahibkarlıq ciddi məsələdir. Bizdə sahibkarlıq əvəzinə sahiblənmə var. Orta sahibkarlıq, rəqib olmayan yerdə rəqabət ola bilməz.

Bizdə rəqabət bazara gəlməzdən əvvəl bağlanır. Bazar iqtisadiyyatı deyil, bazarkomlar var. Ona görə də, siyasi deyil, iqtisadi dözümsüzlük var. Ən böyük texnologiyalardan ən kiçik şeyə qədər monopoliya var və ora girmək mümkün deyil. İqtisadiyyat meyvə ağacıdır...”

Bu arada Sabir Rüstəmxanlının sözünü kəsən spiker ona çıxışını yekunlaşdırmağı təklif edib.

“Sabir müəllim yekunlaşdırın. Əvvəl tərifləyirsiniz , sonra başqa cür danışırsınız.
Sabir Rüstəmxanlı:

“Təkliflərim var. Mən ASAN Xidmətini yüksək qiymətləndirirəm. Amma kiçik bir müəssisəni qeydiyyata almaq üçün yüzlərlə kağız-sənəd istəyirlər. Bu sahədə normal şərait yaradılmalıdır.

Dağ rayonlarında xeyli iş görülüb.

Oqtay Əsədov deputatın sözünü yenidən kəsdi :

“Sizə 1 dəqiqə vaxt verilmişdi və o da bitdi”.

Sabir Rüstəmxanlı buna etiraz etdi və daha bir təklifi olduğunu bildirdi:

“Xaricdə yaşayan azərbaycanlıların burada oxuması üçün fond yaradılmalıdır. Bircə gənci gətirib burada oxuda bilmirik. Xahiş edirəm maliyyə naziri bu məsələyə imkan yaratsın”.

Müzakirələr davam edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG