Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 17:06

Azərbaycan alimi beynəlxalq jurnalın xüsusi buraxılışının baş redaktoru olub



AMEA Fizika İnstitutunun aparıcı elmi işçisi, Ankara Universitetinin kafedra müdiri, fizika-riyaziyyat üzrə elmlər doktoru, professor İman Əsgərzadə “Advances in Condensed Matter Physics’ jurnalının xüsusi buraxılışının baş elmi redaktoru təyin olunub.

Xəbəri AMEA-nın saytı yayıb.

İman Əsgərzadə “Kondensiyalaşmış maddələr fizikasında irəliləyişlər” (“Advances in Condensed Matter Physics’) jurnalının “Fe-əsaslı super keçiricilərdə çoxxətli və anizotropiya effektləri” (“Multiband and Anisotropy Effects in Fe-Based Superconductors”) adlı xüsusi buraxılışının baş elmi redaktoru təyin olunub.

Xüsusi buraxılış 2008-ci ildə kəşf olunmuş yeni sinif Fe əsaslı ifratkeçirilərin fiziki xassələrinin öyrənilməsinə həsr olunacaq.

Buraxılışa Fe əsaslı ifratkeçiricilərin elektronik xassələri, anizotrop və çoxzonalılıq effektləri, maqnit və ifratkeçiricilik düzən parametrlərinin qarşılışlı təsirinə dair araşdırmalar qəbul ediləcək.

Eləcə də, bu maddələrdə ifratkeçiriciliyin mikroskopik mexanizmi və fenomenolojik modellərinə də yer veriləcək.

Hindawi (ABŞ) nəşriyatında dərc olunan jurnal Thomson Reuters (ISI) siyahısına daxildir və 2012-ci ilin məlumatlarına görə, jurnalın impakt-faktoru 1.175-dir.
XS
SM
MD
LG