Keçid linkləri

2024, 04 May, şənbə, Bakı vaxtı 12:19

ABŞ rəsmisi Azərbaycan və Ermənistan prezidentlərini əməli danışıqlar aparmağa çağırıb


U.S. -- State Department Spokesperson, Victoria Nuland, undated
U.S. -- State Department Spokesperson, Victoria Nuland, undated
ABŞ Dövlət katibinin Avropa və Asiya məsələləri üzrə yeni köməkçisi Victoria Nuland Azərbaycan və Ermənistan prezidentlərini ayın sonunda əməli danışıqlar aparmağa çağırıb.O bunu yeni köməkçi kimi Vaşinqtonda, Atlantik Şurasınında ilk çıxışında deyib.

Victoriya Nuland həmçinin bildirib ki, ABŞ Ukrayna, Gürcüstan və Moldovanın Avropa Birliyinə yaxınlaşmaq cəhdlərini alqışlayır və bu tarixi məqamdır.O qeyd edib ki, Vaşinqton bu ölkələrin Avropa ailəsinə qoşulmasını arzulayır və Amerikaya güclü Avropa, eyni zamanda Avropaya güclü Amerika lazımdır.

Nuland həmçinin Serbiya ilə Kosovonun münasibətlərin normallaşması istiqamətində son addımlarını alqışlayıb.
XS
SM
MD
LG