Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 21:04

Londonda "Azərbaycan Günü" keçiriləcək


Noyabrın 19-da Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Baş qərargahında “Azərbaycan Günü” keçiriləcək. Azərbaycanın qazandığı iqtisadi uğurlar nümayiş olunacaq.

İqtisadiyyat və Sənaye Nazirliyinin yaydığı məlumata görə, iştirakçılara Azərbaycanın tarixi, mədəniyyəti və iqtisadi potensialı haqda materiallar paylanacaq.

“Azərbaycan Günü”nə İqtisadiyyat və Sənaye Nazirliyinin, Böyük Britaniyanın dövlət qurumlarının, AYİB-in, Londonda fəaliyyət göstərən diplomatik korpusun və biznes strukturlarının nümayəndələri, eləcə də Azərbaycandan olan iş adamlarının qatılacaq.

Tədbir Azərbaycanın Böyük Britaniyadakı Səfirliyi və Avropa Azərbaycan Cəmiyyətinin dəstəyi ilə təşkil olunur.

Günün bütün mövzuları

XS
SM
MD
LG