Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 05:17

Oktyabrda Azərbaycandan 300 nəfər deportasiya olunub


Dövlət Miqrasiya Xidməti 2013-cü ilin oktyabrında azı 3 min əcnəbinin qanunsuz ölkəyə daxil olması halını müəyyənləşdirib.

Xidmətin yaydığı məlumata görə, onlardan 2 min 547-si Azərbaycanı 48 saat ərzində tərk etmələri şərti qoyulub, 306 nəfərsə deportasiya olunublar. 236 nəfər cərimələndikdən sonra ölkədə yaşamaları qanuniləşdirilib, 19 nəfərin Azərbaycanda müvəqqəti və ya daimi yaşamaq üçün sənədləri itirdiyinə görə yenisi verilib.

Oktyabr ayında Miqrasiya Xidmətinə əcnəbilər və vətəndaşlığı olmayan şəxslərdən müxtəlif məzmunlu azı 9 min müraciət daxil olub.

İcazə almadan əcnəbilərin işləməsi halları ilə bağlı 85 sahibkarlıq subyektlərində yoxlama aparılıb. Onlardan 38-də əcnəblərin və vətəndaşlığı olmayanların icazəsiz işləməsi halı aşkarlanıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG