Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 04:22
-
14 noyabr- AzadlıqRadiosu Azərbaycanın media icmalını hazırladı

"Yeni Azərbaycan" qəzetinin 14 noyabr tarixli sayında “Ali qonağın şərəfinə” başlıqlı yazıda Türkiyə prezidenti Abdulla Gülün və xanımının adından verilən rəsmi nahar haqda yazıb.

Həmin naharda Abdulla Gül İlham Əliyevin yenidən prezident seçilməsindən sonra ilk səfərini Türkiyəyə etməsinin dərin mənası olduğunu bildirib. Birgə layihələrdən danışıb. Deyib ki, Tbilisi-Ərzurum boru kəməri ilə dünya sadəcə neft, qaz yox, həm də sülh, rifah, sabitlik daşınır:

“Bakı-Tbilisi-Qars dəmir yolu xətti gələn il tamamlanacaq. TransAnadolu boru kəməri layihəsinin gerçəkləşməsini sürətləndirməliyik”.

Abdulla Gül çıxışını Bəxtiyar Vahabzadənin misraları ilə başa vurub.

İlham Əliyev sonuncu dəfə Ankarada 5 il əvvəl olduğunu, ötən 5 ildə Ankaranın sürətlə inkişaf edib, gözəl, müasir şəhərə çevrildiyini bildirib. Və Türkiyə prezidentini təbrik edib. Türkiyənin iqtisadiyyatından, dünyada artan nüfuzundan danışıb. Azərbaycan və Türkiyə dostluğundan danışıb, beynəlxalq təşkilatlarda bir-birlərini dəstəkləmələrini vurğulayıb.

HAKİMİYYƏT AZAD MƏTBUATA SAVAŞ ELAN EDİB

"Azadlıq" qəzetinin saytındakı bu yazı qəzetin çapının dayandırılması ilə bağlı keçirilən mətbuat konfransından bəhs edir. Redaktor müavini Rahim Hacıyev bildirib ki, baş verənlərin kökündə ölkədə avtoritar rejimin hökm sürməsi dayanır:

İlham Əliyev ölkəni Türkmənistana çevirmək istəyir. Buna görə də demokratik təsisatlara və onun önəmli parçası olan azad mediaya qarşı savaş elan edib.
İl yarımdır ki, azad mətbuata qarşı “udav” siyasəti aparır”

Rahim Hacıyev son bir ayda hər gün yaşam uğrunda mübarizə apardıqlarını, xeyli müddətdir əməkdaşlarına maaş verilmədiyini deyib. Buna da səbəb kimi qəzetin cərimələnməsinə görə, borcu ödəyə bilməmələrini göstərib.

DEPUTATLAR HÖKUMƏTİ KƏSKİN TƏNQİD ETDİ

“Bizim Yol” qəzeti Milli Məclisdə 2014-cü ilin büdcə layihəsi ilə bağlı müzakirələri baş xəbərə çıxarıb. “Deputatlar hökuməti kəskin tənqid etdi” başlıqlı yazıda dünənki müzakirələrdə deputatların səsləndirdikləri təkilf və iradlar, gələn ilin büdcə layihəsi ilə fikriləri yer alıb.

Millət vəkilləri maaşları artırması, bank faizlərinin azaldılması, ipoteka kreditlərinin vətəndaşlar üçün çatımlı olması kimi təklif ediblər.

BAKI BAŞ GÖMRÜK İDARƏSİ SAHİBKARLARI CİNAYƏTKARA ÇEVİRİR

"Yeni Müsavat" qəzeti bugünkü sayında Baş Gömrük İdarəsində korrupsiya halları iddia olunan yazı yazıb. Qəzetin “Bakı Baş Gömrük İdarəsi sahibkarları cinayətkara çevirir” başlıqlı yazısında adı çəkilməyən iş adamının şahid olduqları dərc olunub.

Həmin iş adamı qəzetə müsahibəsində ölkəyə idxal olunan bütün məhsulların Bakı Baş Gömrük İdarəsinin 5-ci mərtəbəsində “sənədləşdirildiyini” deyir:

“Məsələn, sahibkar ölkəyə 36 ton yük gətiribsə, Qırmızı Körpüdə yükün çəkisi olduğu kimi qeydə alınır. Ancaq məşhur 5-ci mərtəbədə yükün çəkisi bir neçə dəfə azaldılır. Əvəzində isə yük azaltmalara görə iş adamlarından 600 dollar alınır. Üstəlik də malın qiyməti bir neçə dəfə az göstərilir”

Qəzet bununla dövlət büdcəsinə çatacaq rüsumunun rüşvət şəklində fərdlərin cibinə getdiyini yazır.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG