Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 22:32
-
Məhəmməd peyğəmbərin nəvəsi, şiə imamı Hüseyn və onun tərəfdarlarının qətlə yetirilməsi (Kərbəla hadisəsi) Məhərrəm ayında baş verdiyindən müsəlman ölkələrində onu matəm ayı kimi qeyd edirlər.

Qafqaz Müsəlmanları İdarəsinin verdiyi fətvaya görə, 1435-ci ilin başlanğıcı - Məhərrəm ayının 1-i miladi təqvimi ilə 2013-ci il noyabrın 5-nə, Aşura günü noyabrın 14-nə təsadüf edib.

Fətvada bildirilir ki, Aşura günündə nizam-intizam gözlənilməli, qurşağa qədər soyunub, zəncir vurmaqla qan çıxarmaq kimi qınağa səbəb olacaq hərəkətlərə yol verilməməlidir:

“Mərasimlərdə iştirak edənlər özlərinə xəsarət yetirməməli, bunu digərlərinə təlqin etməlidirlər. Aşura günündə qanvermə aksiyalarının keçirilməsi tövsiyə olunur”.

Aşura günü paytaxtın 14 məscində qan vermə aksiyalar təşkil olunub.

Hicrətin 61-ci ilində Kərbəla olaylarından sonra qeyd olunmağa başlayan Məhərrəmlik mərasimləri bu gün də dünyanın müxtəlif bölgələrində qeyd olunur. Hər il minlərlə insan Kərbəlaya toplaşaraq hicrətin 61-ci ildə Kərbəlada şəhid olan İmam Hüseyn və 72 tərəfdarına əza saxlayır.

Ümumilikdə Məhərrəm və Səfər aylarında davam edən (Məhərrəm ayının 10-da Aşura hadisəsi - qətl baş verib) Məhərrəmlik mərasimləri Səfər ayının başa çatması ilə yekunlaşır. Səfər ayının sonuncu 10 günü də «məhərrəmlik» təqviminə aid edilir, müsəlmanlar həmin ayda toy-şənlik keçirmirlər.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG