Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 19:31

Rusiyalı deputat dolların qadağan olunmasını təklif edir


Foto arxiv
Foto arxiv
Rusiya Liberal Demokrat Partiyasının deputatı Mikhael Degtarev ABŞ dollarının Rusiya ərazisində saxlanması və işləməsini qadağan edən qanun layihəsi təqdim edib.

Sənəddə həmçinin dollar hesabları və onun digər valyutaya dəyişdirilməsinin qadağan edilməsi nəzərdə tutulur.Bundan başqa vətəndaşlarda dollar aşkar ediləcəyi halda onun müsadirə edilməsi və 30 gün ərzində rublla qaytarılması nəzərdə tutulur.

Xarici mağazalarla elektorn yolla alverə gəldikdə isə Degtarev valyutadəyişmə funksiyası olan ödəmə sistemi təklif edir.Deputat hesab edir ki, hazırda ABŞ dolları iflas olmaq həddindədir və buna görə də rusiyalıları iqtisadi böhrandan qorumaq lazımdır.

Hazırda Rusiya vətəndaşları qeyri-məhdud məbləğdə ABŞ dolları saxlaya , ala və onu istənilən valyutaya dəyişə bilər.
XS
SM
MD
LG