Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 14:48

“Azadlıq” qəzeti noyabrın 15-də abunə marafonu keçirəcək


“Azadlıq” qəzeti noyabrın 15-də abunə marafonu keçirəcək. Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnsitutunun (RATİ) ofisində keçirilən mətbuat konfransında məlumat verilib.

Üzləşdiyi problemlərə görə, noyabrın 12-dən qəzetin çapı dayandırılıb.

“Azadlıq” qəzetinin redaktoru Rahim Hacıyev qəzetin son dövrdə üzləşdiyi maliyyə çətinliyinin səbəbləri barədə danışıb. Bildirib ki, səyyar satışa qadağa qoyulub, bir neçə məhkəmə cəriməsini ödəmək tələbi qarşısında qalıblar:

“Azərbaycan nəşriyyatı”da bizi yerləşdiyimiz redaksiyadan çıxarmaq istəyirlər. Səbəb yığılıb qalan borclardı. Biz nəşriyyat rəhbərliyinə çatdırdıq ki, biz sizə olan borcumuzu ödəyə bilmirik.

Qəzeti yaymağa qoymurlar, bank hesablarımıza həbs qoyublar, ard-arda məhkəmə çəkişmələrimiz var. Bu məbləği hardan və necə ödəyək? Çalışdıq ki, onlarla yenidən söhbət edib, müddəti uzadaq. Amma, bu mümkün olmadı”.

“Azadlıq” qəzeti çıxış yolu kimi abunə marafonunu seçib. Marafon noyabrın 15-də AXCP-nin yeni qərargahında keçiriləcək.

Satış problemi ilə üzləşdiyini iddia edən “Yeni Müsavat” qəzeti də artıq dünəndən abunə marafonuna başlayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG