Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 02:55

Nizami Gəncəvi Parisdə sərgilənir


Nizami Gəncəvi
Nizami Gəncəvi
-
Noyabrın 12-də Parisdəki Məktublar və Əlyazmalar Muzeyində dahi Azərbaycan şairi Nizami Gəncəvinin həyat və yaradıcılığına həsr olunan sərginin açılışı olub.

AzərTAc bildirir ki, sərgi Heydər Əliyev Fondunun təşkilatçılığı və Azərbaycanın Fransadakı səfirliyinin dəstəyi ilə təşkil edilib.

Açılışda çıxış edən muzeyin təsisçisi və prezidenti Jerar Leritiye sərginin onun rəhbərlik etdiyi muzeydə təşkil olunmasından böyük məmnunluq hissi keçirdiyini bəyan edib.

Muzeyin səlahiyyətli nümayəndəsi Paskal Fülaşe Nizami Gəncəvi kimi dahi şairin Fransada az tanınmasından təəssüf hissi keçirdiyini bildirib.

P. Fülaşe dahi söz ustasının əlyazmalarının dünyanın nüfuzlu muzey və kitabxanalarında, o cümlədən İstanbul, Tehran, Qahirə, Sankt-Peterburq, London, Paris və Berlinin kitabxana və muzeylərində qorunub saxlanıldığını diqqətə çatdırıb.

Sərgidə şairin doğulduğu Gəncənin qədim və müasir görünüşlərinin, Nizaminin büst və heykəllərinin, mavzoleyinin, şairin adını daşıyan elm və mədəniyyət ocaqlarının əks olunduğu fotolar, əsərlərindən illüstrasiyaların təsvir edildiyi xalçalar, XII əsrə məxsus geyimlər, dulusçuluq və misgərlik nümunələri nümayiş etdirilib.

Qonaqlara Nizami Gəncəvinin həyat və yaradıcılığından bəhs edən kitablar və broşürlər paylanıb.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG