Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 16:12
-
Noyabrın 12-də ÜNS Yaradıcılıq Səhnəsində dünya şöhrətli müğənni və bəstəkar Müslüm Maqomayevin xatirəsinə həsr edilmiş “Beşikdən əbədiyyətə qədər” filminin premyerası olub. Xəbəri AzərTAc yayıb.

Tədbir iştirakçıları əvvəlcə teatrın foyesində Müslüm Maqomayevin həyat və yaradıcılığından bəhs edən fotosərgi ilə tanış olublar.

Filmin nümayişindən əvvəl M.V.Lomonosov adına Moskva Dövlət Universiteti Bakı filialının rektoru, professor Nərgiz Paşayeva Müslüm Maqomayevin xanımı, SSRİ Xalq Artisti Tamara Sinyavskayanı, Mstislav Rostropoviç Fondunun prezidenti Olqa Rostropoviçi və tədbir iştirakçılarını salamlayıb.

Gənc rejissor Mehdi Məmmədovun çəkdiyi filmin mətni Müslüm Maqomayevin memuarları əsasında yazılıb.

Sonra “Beşikdən əbədiyyətə qədər” filmi nümayiş etdirilib.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva da filmi izləyənlər sırasında olub.

Tamara Sinyavskaya filmin ərsəyə gəlməsində əməyi olanlara dərin təşəkkürünü bildirib.

Sonda bəstəkar-müğənni Emin Ağalarov Müslüm Maqomayevin “Mavi əbədiyyət” mahnısını ifa edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG