Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 05:30

Azərbaycan muğamı latış daynaları ilə necə uyuşdu?


“PORTA-2013” musiqi festivalı
“PORTA-2013” musiqi festivalı
-
Riqada keçirilən “PORTA-2013” beynəlxalq musiqi festivalı başa çatıb.

Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin yaydığı xəbərə görə, festival bu il Şərq mədəniyyətinə həsr olunub.

Hindistan, İsrail, Azərbaycan və Latviyadan olan musiqiçilər iştirak etidiyi musiqi festivalında orijinal musiqi kompozisiyaları - klassik hind musiqisi ilə Qərb ritmlərinin (caz, etno), latış daynaları ilə Azərbaycan muğamlarının sintezindən ibarət musiqi nömrələri səslənib.

Xəbərdə bildirilir ki, Azərbaycanın Latviyadakı səfirliyinin təşəbbüsü ilə festivala qatılmış gənc muğam ifaçısı Leyla Əliyeva öz çıxışını 9 noyabr–Azərbaycanın Dövlət Bayrağı gününə həsr edib.

L. Əliyevanın təqdim etdiyi “Bəyaz səslər” adlı nadir innovasion musiqi layihəsi iki mədəniyyətə xas olan xalq musiqisinin – latış daynaları ilə Azərbaycan muğamının sintezindən yaranıb.

Festivalda mahir kaman ifaçısı Bayraməli Əliyev də çıxış edib. Həm də, B.Əliyev Bakıdan məxsusi bu tədbirdə çıxış etmək üçün dəvət olunub.

Azərbaycanın Latviyadakı səfirliyinin əməkdaşları, Latviya ictimaiyyətinin və Azərbaycan diasporunun nümayəndələri də tamaşaçılar sırasında olub.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG