Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 02:50

Cəmil Həsənli ABŞ-a gedib



Milli Şuranın prezidentliyə namizədi, professor Cəmil Həsənli ABŞ-a səfərə çıxıb. Səfərə qardaş Türkiyədən başlayan C. Həsənli hazırda Ankaradadır.

Cəmil Həsənli bu gün Ankarada keçirilən bir konfransda iştirak edəndən sonra ABŞ-a gedəcək. Bu barədə Milli Şuranın mətbuat xidməti məlumat yayıb.

Cəmil Həsənli: "Hələ ki, Ankaradayam və burada "90 yilinda Lozan ve Türkiye Cumhuriyyeti" adlı Atatürk Araşdırma Mərkəzi və Ankara Hacettəpə Universitetinin birgə keçirdiyi bir konfransda məruzəm var. Eyni zamanda günortadan sonra keçiriləcək bir iclasa sədrlik edəcəm. Noyabrın 14-ü burdan Vaşinqtona uçacam.”

Mətbuat xidməti bildirir ki, Cəmil Həsənlinin ABŞ-da keçirdiyi görüşlər və qatıldığı tədbirlər barədə mətbuata əlavə məlumatlar veriləcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG