Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 11:56

Abel Məhərrəmov: A. Göyüşovun milli təəssübkeşliyi varsa...- [Video]


-
Tarixçi Altay Göyüşov çalışdığı Bakı Dövlət Universitetindən çıxarılıb. Bu barədə onun özü Facebook-da yazıb.

A. Göyüşov yazıb ki, noyabrın 12-də Bakı Dövlət Universitetinin rəhbərliyi ondan öz ərizəsi ilə işdən çıxmağı tələb edib. Bunun ardınca isə müəllimi dərs gedə-gedə audioriyadan çıxarıblar.

Altay Göyüşovun sözlərinə görə, bunun səbəbi Facebook-dakı fəallığıdır.

"Mən vətəndaş mövqeyimlə işim arasında seçim qarşısında qalıramsa, vicdanımı seçirəm, bu birmənalıdır", - Altay Göyüşov yazıb.

ABEL MƏHƏRRƏMOV: ALTAY GÖYÜŞOVU ABŞ-a GÖNDƏRDİK...

«Altay Göyüşov Bakı Dövlət Universitetinin dosentidir. Biz onu uzun müddət ABŞ-a elmi ezamiyyətə göndərdik. Gələrkən düşünürdük ki, biz ondan səmərəli istifadə edəcəyik. Həm müəllim kimi yenidən bərpa etdik, həm də ona İslam Araşdırma Mərkəzində aparıcı elmi işçi vəzifəsi verdik. Bu mərkəzdə artıq bir neçə ildir işləməsinə baxmayaraq, heç bir layihə həyata keçirməyib, hətta işə də getməyib».
Abel Məhərrəmov

Abel Məhərrəmov

Abel Məhərrəmov deyir ki, Altay Göyüşova BDU-nun İslam Araşdırma Mərkəzində islamşünaslığı araşdırmaq üçün əlavə maaş da veriblər. Ancaq o, bununla bağlı hər hansı iş görməyib.
Rektor deyir ki, buna görə də Göyüşovun İslam Araşdırma Mərkəzində tutduğu vəzifə ilə bağlı məsələsini müzakirə etməyə qərar veriblər.
A.Məhərrəmov bildirib ki, A.Göyüşov universitetin müəllimidir, ancaq onun müəllim kimi də fəaliyyəti araşdırılır. Rektor hesab edir ki, Altay Göyüşov Amerikaya qayıtmaq niyyətində olduğu üçün işinə səhlənkar yanaşır: «Hələlik müəllim kimi onun haqqında heç bir qərar yoxdur. Ancaq bir neçə vaxtdır onun məsələsi müzakirə olunur. Biz onu ABŞ-a göndərdik ki, gəlsin, universitetdə ingiliscə dərs desin. Mən rektor kimi düşünürəm ki, Altay Göyüşov uzun müddət dərsə gəlmədiyi üçün müəllim kimi işdən çıxarılmalıdır. Ancaq hazırda onunla bağlı heç bir əmr yoxdur».
Rektor deyib ki, A.Göyüşov ölkəsinə bağlıdırsa, milli təəssübkeşliyi varsa, o, universitetdə qalacaq, əks təqdirdə isə çıxarılacaq: «Amerikaya gedəndən sonra milli təəssübkeşliyi də yaddan çıxıb. Ancaq bir adam ki, bir il işə gəlmirsə, biz bu barədə düşünməliyik».
A.Məhərrəmov onu da əlavə edib ki, bu məsələnin Altay Göyüşovun siyasi fəaliyyəti ilə heç bir bağlılığı yoxdur. Onun fikrincə, Göyüşov məqsədli şəkildə bu cür spekuliyasiyalar yayır ki, ABŞ-a ailəsinin yanına getmək üçün müəyyən yerlərə müraciət edə bilsin.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG