Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 14:41

"Müdafiə xərcləri 20-22 faiz artırılmalıdır"


“Müdafiə xərclərinə 8.2 faiz büdcə vəsaiti alınması yolverilməzdir, torpaqları işğal altında olan ölkənin müdafiə xərcləri ən azı 20-22 fazi artırılmalıdır”.

Bunu 2014-cü ilin büdcə layihəsinin müzakirəsi zamanı deputat Qüdrət Həsənquliyev səsləndirib.

Deputat Naxçıvan Muxtara respublikasına ayrılan dotasiyanın da artırılmasını təklif edib.

“4.5 faiz vəsait ayrılırsa bu çox azdır. Naxçıvana ayrılan dotasiyanın həcmi çoxaldılmalıdır ki, Naxçıvanda iş yerləri açılsın”.

“AZƏRBAYCAN MÜƏLLİMİNİN MAAŞI ÜMUMDÜNYA GÖSTƏRİCİSİNDƏN 7 DƏFƏ AZDIR”

Qüdrət Həsənquliyev Azərbaycanda maaşların çox aşağı olduğunu qeyd edib:

“Bu il BMT Əmək təşkilatı açıqlayıb ki, dünyada orta aylıq maaşa 1480 dollardır, bizdə isə müəllimlərin maaşı 200 dollardır, ümumdünya göstəricisindən 7 dəfə azdır.

10 faiz artımla biz bu fərqi aradan qaldıra bilmərik. Birdə indiyə qədər də bir neçə dəfə çıxışlarımda demişəm ki, xaricdə olan neft pullarından 2 milyardı Azərbaycana gətirilsin və ölkə banklarına yerləşdirilsin.

Azərbaycan bankları hansısa xarici maliyyə mənbələrindən 7 faizlə pullar götürürlər və onu 16 və daha yüksək faizlə sahibkarlara verirlər. Bu pulları 0,89 fazilə saxlayırıq, olmaz bunu gətirib 10 fazilə azərvbyacanlı sahibkarlara verək?

Əgər biz bazar iqtisadiyyatına keçmişiksə niyə bütün işləri dövlət görməlidir. Bizim hökumət təhsildə, səhiyyədə, iqtisadiyyatda ciddi islahatlar aparmalıdır”.

Günün bütün mövzuları

XS
SM
MD
LG