Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 09:09

Milli Məclisdə büdcə layihəsinin müzakirəsi davam edir


İlk çıxış edən deputat İqbal Ağazadə Neft Fondundan büdcəyə ayrılmalara toxunub. O, 2014-cü ilin dövlət büdcəsinə Neft Fondundan 2 milyard az vəsaitin ayrılmasına müsbət yanaşdığını deyib.

“Əvvəlki çıxışlarımda da mən bu məsələyə münasibət bildirmişəm və çox yaxşıdır ki, bu artıq nəzərə alınıb. Hesab edirəm ki, gələcəkdə bu köçürülmələrə limit qoyulan qanun qəbul ediləcək.

Çox açıqca görününür ki, öləkəkinin 46 fazi rayon yerində yaşasa da ixracın 96 faizi neft sektorunun üzərinə düşür. Bu da onu gösətirir ki, ixrac yalnız neft sektorunun üzərində qurulub. Ölkənin ixracının 94 faizi dövlət sektorununu payına düşür. Ölkənin ərzaq təhlükəsizliyini nəzərə alan hökumət gələcəkdə bu məsələləri düşünməlidir.

Dövlərt sektorunda çalışanların əməkhaqqı olduqca aşağıdır. Azad bazar sistemi qurmuş ölkədə dövlət sektorunda 900 min, özəl sektorda isə 578 min adam çalışır. Bu balans dəyişməlidir, dəyişməsə ölkədə ciddi problemlər yarana bilər.

Niyə qaz, su, işığın qiyməti bahalaşmalıdır? Maya dəyərini azaltmaq lazımdır. Əhalinin bugünkü vəziyyəti elə səviyyədə deyil ki, qiymət artanda adamlar bunu qarşılaya bilsin. Bəlkə şəhərdə bunu ödəyənlər olsun, amma rayonlarda bu ciddi problemdir.

Bu artım olan kimi digər sahələrdə ən azı 70 faiz qiymət artımı olacaq. Əmək haqqı 10-15 fazidən çox artım olmayıb. Hökumət bu məsələ ilə bağlı ciddi fikirləşməlidir. Müəllimlərin, həkimlərin maaşları qaldırılmalıdır. İnsanların sağlamlığına investisiya qoyulmalıdır”.

Günün bütün mövzuları

XS
SM
MD
LG