Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 22:14

İsrail Xarici İşlər Nazirliyi: "Azərbaycana silah satışı dayandırılmayıb"



İsrail Xarici İşlər Nazirliyi (XİN) bu ölkənin Azərbaycana silah satışını dayandırması barədə bəzi KİV-də yayılan məlumatları təkzib edib.

APA-nın “İzRus”a istinadən xəbərinə görə, XİN-in mətbuat katibi İqal Palmor ötən il 1,5 mlrd. dollar dəyərində silah satışı barədə Azərbaycanla imzalanmış sazişin qüvvədə olduğunu bildirib:

“Sazişin dayandırılması ilə bağlı Rusiyadan bizə heç bir müraciət daxil olmayıb”.

Qeyd edək ki, İsveçrə mətbuatı Rusiyanın regionda qüvvələr balansının dəyişdirilməsinə yol verməmək üçün Azərbaycanla imzalanmış silah satışına dair müqavilənin dayandırılması haqqında İsrailə müraciət etdiyini yazıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG