Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 16:31

“Azadlıq” qəzetinin mətbuat konfransı keçiriləcək



“Azadlıq” qəzetinin baş redaktor müavini Rahim Hacıyev noyabrın 13-ü saat 13-də Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun ofisində mətbuat konfransı keçirəcək.

Dəvət elanında media və ictimaiyyət nümayəndələrinə qəzetin üzləşdiyi böhranlı vəziyyətlə bağlı məlumat veriləcəyi bildirilir.

Noyabrın 13-dən “Azərbaycan” nəşriyyatı borca görə “Azadlıq”ın çapını dayandırıb. Hazırda redaksiyanın məhkəmə cərimələri və nəşriyyata verəcəyi ilə birgə 90 min manatadək borcu var.

“Azadlıq” nəşrə 1989-cu ildə həftəlik qəzet kimi başlayıb. 1990-cı illərin əvvəlindən qəzet həftədə 2 dəfəyə keçib, daha sonra həftədə 3 dəfə işıq üzü görüb.

1996-cı ildə qəzet həftədə beş dəfə olmaqla gündəlik rejimdə çalışıb. Son illər “Azadlıq” həftədə 6 dəfə köşklərə çıxıb. Bu il martın 4-dən həftədə 7 dəfə nəşr olunur.

Günün bütün mövzuları

XS
SM
MD
LG