Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 21:42

Konstitusiya günü və ya zamanın Konstitusiyası- [Video]


-
12 noyabr Azərbaycan Respublikasının Konstitusiya günü kimi qeyd olunur. «İşdən Sonra» verilişində konstitusiya barədə müzakirə edilib.
KONSTİTUSİYANIN MADDƏLƏRİNƏ ƏMƏL QEYRİ KAFİDİR
«Hazırkı konstitusiyaya hüquqşünasların təsiri olmayıb. Konstitusiya layihəsinin müzakirə görüntüsü olanda biz mediada alternativ konstitusiya layihəsi təklif etdik və hazırkı konstitusiyanın prezident hakimiyyətini gücləndirəcəyini və «super prezident» hakimiyyətinə gətirib çıxacağını dedik. Yeni konstitusiyanın qəbuluna ehtiyac var»- hüquqşünas Fuad Ağayev belə hesab edir.
Fuad Ağayev deyir ki, konstitusiyanın maddələrinə əməl olunmur:
«Konstitusiya gününün bayram edilməsi simvolik baxımdan mühümdür. Bu göstərir ki, əsas qanuna dövlət, iqtidar tərəfindən necə hörmət göstərilir. Lakin daha vacib məsələ konstitusiyaya nə dərəcədə əməl olunmasıdır. Azərbaycanda insan hüquqları ilə bağlı məsələlərdə məhkəmə araşdırması qənaətbəxş deyil. Ümumilikdə, konstitusiyanın maddələrinə əməl qeyri kafidir.
YENİ KONSTİTUSİYANIN QƏBULU LABÜDDÜR
REAL hərəkatının idarə heyətinin üzvü Azər Qasımlı hazırkı konstitusiyanın qəbulu praktikası doğru olmayıb:
«Konstitusiya Azərbaycanda müzakirə olunmadan qəbul olunub. 158 maddə kifayət qədər çoxdur və insanların bu maddələrlə tanış olma imkanı olmayıb. Referendumdan öncə konstitusiya ətrafında müzakirələr də demək olar ki, olmayıb. ABŞ konstitusiyası təxminən 10 dəfə Azərbaycandakından kiçikdir. Ancaq orada insan haqları sahəsində vəziyyət bizdən qat-qat yaxşıdır».
Azər Qasımlı yeni konstitusiyanın qəbulunun labüd olduğunu deyir:
«Azərbaycan ana yasası yeni bir konstitusiya deyil. SSR-i dağılandan sonra postsovet məkanında qəbul olunmuş konstitusiyalardan fərqlənmir. Yeni konstitusiyaya ehtiyac var. Ancaq öncə siyasi təşkilatlar yeni layihəni müzakirəyə çıxarılmalıdır.

Bu müzakirələrdə iqtidarla müxalifət eyni dərəcədə iştirak etməlidir. Cəmiyyət maddələrdən xəbərdar olmalıdır. Hesab edirik ki, yeni qəbul olunan konstitusiya parlament respublikasını ehtiva etməlidir».

Şərhləri göstər

XS
SM
MD
LG