Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 19:06

“Şəxsi həyətimdə bağça tikmək istəyirlər”


Arxiv foto
Arxiv foto
-
“120 min manat zərərdəyik”, - bunu AzadlıqRadiosunun “Qaynar xətt”inə Ceyranbatan sakini Sabir Tağıyev deyir.
Şikayətlənir ki, yerli icra hakimiyyəti onun yaşadığı həyəti əlindən alıb yerində uşaq bağçası tikmək istəyir. Deməsinə görə, qərar ona qəflətən bəlli olub:
“HƏR YERİ SATIBLAR…”
“Hər yeri satıblar, indi də adamların şəxsi evlərinin, həyətlərinin yerinə göz dikiblər”.
Sabir Tağıyev Qəsəbənin Ağsaqqallar Şurasının sədri, pedaqoji elmlər namizədi, Milli Elmlər Akademiyasının elmi işçisidir. Ünvanına qəflətən gələn polislər və yerli icra hakimiyyətinin işçiləri həyətin hasarını söküblər.
“1976-cı ildən Ceyranbatan qəsəbəsində yaşayıram. 1987-ci ildən bu ünvanda yaşayıram. 1988-ci ildə Nazirlər Kabinetinin xüsusi qərarı olub ki, vətəndaşlara lazımi sənədlər verilsin.
Abşeron rayon İcra Hakimiyyəti də müəyyən qərarlar qəbul etdikdən sonra yaşadığım əraziyə “kupça”, texniki pasport və ev kitabçası verib. Hazırda 12 nəfər ailə üzvümlə bu mənzildə qeydiyyatdayam”.
2011-ci ilin avqust ayında Bakı-Quba yolunun kənarında tikilən evlərin hasarı uçurulanda ağır texnika bu evin də hasarından yan ötməyib. Yerli icra hakimiyyəti hasarı sökərək ev sahibindən yeni hasar tikməsini tələb edib:
“Dedilər, yol kənarıdır, abadlıq işləri aparırıq, hasarın görünüşü əraziyə xələl gətirir. Mən də 120 min manta xərc tökdüm, ağlay daşlardan hasar tikdirdim. Borcdan hələ də çıxmamışam. Bu dəfə isə qəflətən başımızın üstünü aldılar və hasarı sökdülər ki, burda bağça tikiləcək”.
İCRA HAKİMİYYƏTİ NƏ DEYİR…
Abşeron rayon icra hakimiyyətindən “Qaynar xətt”ə bildirdilər ki, Sabir Tağıyevin ailəsi ilə birlikdə yaşadığı ev qanunsuz tikilidir. İcra hakimiyyəti iddia edir ki, bundan əlavə, Sabir Tağıyev evin yaxınlığında boş sahə də zəbt edib.
Sabir Tağıyev icra hakimiyyətinin iddiasını qəbul etmir:
“Evin sənədləri qaydasındadır, hər il torpaq vergisi də ödəyirəm. Torpaq sahəsinə gəlincə, mən həmin sahəyə sənəd almaq üçün Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə müraciət etmişəm.
Komitə müraciətimə müsbət cavab vermədiyi üçün məhkəməyə üz tutdum. Sumqayıt İnzibati-İqtisad Məhkəməsində işə obyektiv baxılmırdı. Mən parallel olaraq Abşeron rayon İcra Hakimiyyətinin qərarlarının ləğvi üçün Abşeron rayon məhkəməsinə müraciət etdim.
Hüquqşünas Namizəd Səfərov
Hüquqşünas Namizəd Səfərov
Hər iki işə eyni hakim baxdı və sifarişli qərarlar çıxartdı. Apelyasiya Məhkəməsi də qərardan şikayətimi təmin etmədi”.
Sabir Tağıyev hasar söküntüsünə görə də məhkəməyə şikayət edib.
Hüquqşünas Namizəd Səfərov deyir, söküntü məhkəmədə mübahisələndirilibsə, məhkəmə işin dayandırılması üçün qərar çıxarmalı və söküntü işləri məhkəmə başa çatanadək dayandırılmalıdır.
XS
SM
MD
LG