Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 12:04

İlham Əliyev:"Ermənistanın mövqei münaqişənin həllinə imkan vermir"


Foto arxiv
Foto arxiv
"Türkiyə “Ermənistan-Azərbaycan-Dağlıq Qarabağ münaqişəsində daima Azərbaycanın ədalətin yanındadır".

Bunu Türkiyə prezidenti Abdulla Güllə görüşdən sonra mətbuat konfransında Azərbaycan prezidenti İlham Əliyev deyib.Prezident bildirib ki, Ermənistanın mövqeyi münaqişənin həllinə imkan vermir.Azərbaycana qarşı etnik təmizləmə siyasəti aparılıb və bu ədalətsizliklə heç vaxt barışmaq mümkün deyil-deyə prezident vurğulayıb.

Görüşdə iki ölkə arasındakı iqtisadi əlaqələr və iş birliyi də müzakirə olunub.İlham Əliyev Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars layihələrinin böyük hadisə olduğunu vurğulayıb və iki ölkə arasındakı işbirliyi və əməkdaşlığın gələcəkdə daha da inkişaf edəcəyinə əmin olduğunu bildirib.
XS
SM
MD
LG