Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 03:12

Konstitusiyanın 18 yaşı oldu [INFOQRAFIKA]


.

Azərbaycan Respublikası Konstitusiyasının 18 yaşı tamam olur. Ölkənin əsas qanunu 1995-ci il noyabrın 12-də referendumla qəbul edilib, noyabrın 27-dən isə qüvvəyə minib.

Hazırda 5 bölmə, 12 fəsildən və 158 maddədən ibarət olan Ana Qanunun əsas prinsipləri bunlardır:

Son 18 ildə ölkə ərazisində həyatın əsas prinsiplərini müəyyən edən bu sənədə 2 dəfə dəyişiklik olunub - 24 avqust 2002-ci il və 18 mart 2009-cu illərdə.

Hər dəfə də bu dəyişiklikləri müxalifət və müstəqil ekspertlərin çoxu ölkənin demokratikləşdirilməsi prosesinə zidd, geriyə addım kimi qiymətləndiriblər.

Ölkədəki əsas siyasi qüvvələrin çoxu hakimiyyət başına gələrlərsə, ciddi Konstitusiya islahatları həyata keçirəcəklərini deyirlər. Əsas tənqid hədəflərindən biri isə Konstitusiya ilə prezidentə verilən mütləq hakimiyyətin verilməsi, parlamentin rolunun az olması, məhkəmələrin müstəqilliyinin təmin olunmaması ilə bağlıdır.

Mahiyyətə varmadan qısaca qeyd edək ki, ölkə Konstitusiyasında prezidentə 32, Milli Məclisə 20 səlahiyyət nəzərdə tutulur.

Əsas Qanunun son variantını Konstitusiya Məhkəməsinin saytından oxuya bilərsən.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG