Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 08:38

Abdullah Gülə “Heydər Əliyev ordeni” verildi (VİDEO)


Azərbaycan və Türkiyə prezidentləri öz xanımları ilə

Azərbaycan və Türkiyə prezidentləri öz xanımları ilə

-
Türkiyə prezidenti Abdulla Gül və xanımı Azərbaycanlı həmkarı İlham Əliyevi və xanımını Ankarada, Prezident iqamətgahında (Çankaya köşkündə ) qarşılayıb.

Haberler.com saytı xəbər verir ki, Türkiyə-Azərbaycan qardaşlığını gücləndirmək üçün iki ölkə rəhbəri bir-birlərini dövlət nişanları ilə təltif edib.

Prezident iqamətgahında düzənlənən mərasimdə İlham Əliyev Abdullah Gülə “Heydər Əliyev nişanı”nı təqdim edib. Öz növbəsində, Abdullah Gül də Əliyevi Türkiyənin “Dövlət nişanı” ilə təltif edib.

Bu zaman Abdullah Gül bildirib ki, ölkəsinin ən yüksək nişanını İlham Əliyevə təqdim etməkdən böyük məmnunluq duyur. O, bu nişanın mərhum prezident Heydər Əliyevə də verildiyini xatırladıb.

Abdullah Gül deyib ki, Azərbaycanla dostluq, qardaşlıq və yaxşı qonşuluq bağlarına söykənən ilişkilərin güclü şəkildə davamına böyük önəm verirlər:
- Mərasimdən görüntülər


“Qlobal və regional çaxnaşmaların sürdüyü bir dönəmdə Azərbaycanı güvənli limanlara daşıyacaq bir liderin mövcudluğu əlaqələrimizin gələcəyinin təminatıdır”.

Türkiyə prezidenti bildirib ki, Bakı-Tbilisi-Ceyhan ve Bakı-Tbilisi-Ərzurum enerji layihələrinə, Bakı-Tbilisi-Qars dəmiryolu ve Trans Anadolu (TANAP) boru xətlərini sürətlə tamamlayıb onlara yeni uğur hekayələri əlavə etmək istəyirlər:

“Azərbaycana rəhbərlik etdiyiniz gündən bəri ölkələrimiz arasındakı qardaşlıq münsibətlərinin daha da dərinləşməsi üçün böyük cəhd göstərdiniz. Bu səylərinizlə Türkiyə-Azərbaycan əlaqələri tarixində müstəsna bir yer əldə etdiniz”.

Prezidetnliyi dönəmində Türkiyəyə 16-cı rəsmi səfər etdiyini deyən İlham Əliyev vurğulayıb ki, hər gəlişində ölkənin inkişaf etdiyini görməkdən məmnundur:

“Türkiyənin regional güc olması sizin qədər bizləri də qürurlandırır”.

Azərbaycan prezidenti Türkiyənin inkişafında "əziz qardaşım" deyə xitab etdiyi Abdullah Gülün böyük rolu olduğunu söyləyib: “Türkiyə bizim üçün ən yaxın dost, qardaş və müttəfiq ölkədir”.

Çankaya Köşkündəki mərasimdə baş nazir Recep Tayyip Erdoğan, xarici işlər naziri, enerji ve təbii qaynaqlar naziri də iştirak edib.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG