Keçid linkləri

2024, 08 May, çərşənbə, Bakı vaxtı 04:58

Gizli gecə inşaatı?- [Fotolar]


Həsən bəy Zərdabi prospekti 82, gecə saatlarında qazıntı işləri
Həsən bəy Zərdabi prospekti 82, gecə saatlarında qazıntı işləri
-
Bakının Yasamal rayonu, Həsən bəy Zərdabi prospekti 82 ünvanında, Dövlət Sosial Müdafiə Fondunun qonşuluğunda yerləşən, son vaxtadək boş torpaq sahəsində gecələr gərgin qazıntı-inşaat işləri gedir.

Fotoları «Simsiz Teleqraf»a ərazidə yaşayan sakinlər göndərib.

Qonşu binalarda yaşayan sakinlərin dediyinə görə, qazıntı işləri hava qaraldıqdan sonra başlayır, səhər açılmamış dayandırılır. İnşaata 3 ekskavator, 15-ə qədər torpaq daşayan maşın cəlb edilib. İşin yalnız gecələr aparılması, bu torpaq sahəsinin inşaat üçün yararsız olması, tikintinin qeyri-qanuni olduğuna şübhələr yaradır. Qazılan böyük çala çoxmərtəbəli binanın özülü üçün düzəldilə bilər.

Sən də rastına çıxan maraqlı hadisələri videoya, fotoya çəkib bizə göndərə bilərsən:
Çəkdiklərini bizə belə çatdır:
- Kompüterdən - Yükləmə səhifəsinə daxil olub oradakı qaydalara əməl etməklə foto və ya videolarını bizə göndər.
- MMS-lə - Mobil telefondan da foto və ya video yollamaq olar.
Azərbaycandan: (050) 213 56 30
Başqa ölkələrdən: (+420) 602 517 052
- E-poçtla - Görüntüləri elektron poçtla da göndərə bilərsən: efir@azadliqradiosu.az
XS
SM
MD
LG