Keçid linkləri

2017, 17 Yanvar, çərşənbə axşamı, Bakı vaxtı 13:22
-
Noyabrın 30-dan yanvarın 4-dək Lissabonda Аmador vilayətindəki The Roque Gameiro-da “Sürrealizm Bugün” adlı beynəlxalq sərgi açılacaq.

Rəssamın AzadlıqRadiosuna verdiyi xəbərə görə, 29 ölkə rəssamlarının qatıldığı sərgidə azərbaycanlı rəssam Mehriban Əfəndi də iştirak edəcək.

Bu yaxınlarda Mehriban Əfəndi Lissabonda keçirilən daha bir sərgidə-- İnternational Exhibition of Surrealism Now sərgisində Azərbaycanı təmsil etmişdi.

Mehriban Əfəndi kino rəssamıdır. C. Cabbarlı adına kinostudiyada çalışır. Ə.Əzimzadə adına Rəssamlıq Məktəbini bitirib. Sürrealist cərəyanının təmsilçisidir.

Onun əsərləri bir çox beynəlxalq sərgilərdə göstərilib.
XS
SM
MD
LG