Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 01:14

Andres Herkel: «DTİHB ilə «seçki monitorinqinin kölgə bazarı» arasında»


Andres Herkel

Andres Herkel

-
Avropa Şurası Parlament Assambleyasının Monitorinq Komitəsinin sədri, Azərbaycan üzrə keçmiş həmməruzəçi Andres Herkel AzadlıqRadiosuna yazılı müsahibə verib.

Xatırladaq ki, AŞPA-nı təmsil edən qısamüddətli müşahidə missiyası Avropa Parlamentindən olan həmkarları ilə birlikdə 9 oktyabr prezident seçkisini “azad və ədalətli” adlandırıb. ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu isə seçkinin beynəlxalq standartlara uyğun keçirilmədiyini bildirib.

Andres Herkel AŞPA müşahidə missiyasının ilkin dəyərləndirməsinə reaksiyasını belə təsvir edir:
- Fərqin necə dərin olduğunu gördüm. AŞPA/Avropa Parlamentinin bəyanatının da hər iki qurumun əvvəlki dəyərləndirmələrindən ciddi fərqləndiyini anladım.
- Avropa Şurası rəhbərliyinə belə bir çağırış var ki, AŞPA ilə DTİHB-nin seçki dəyərləndirmələri arasındakı dramatik fərq araşdırılsın. Bunu nə dərəcədə zəruri sayırsınız?
- Bu məsələni noyabrın 21-də Büro iclasında, 22-də isə Daimi Komitədə müzakirə edəcəyik. Bu, təhqiqatdan çox, siyasi dəyərləndirmə olmalıdır. Bir gerçək də var ki, artıq Avropa Parlamenti nümayəndə heyətinin Bakıda verdiyi əvvəlki bəyanatından özünü kənarlaşdırıb və fərqli açıqlama verib.
“PİRR QƏLƏBƏSİ”
- Elə əvvəlki seçkilərdə də beynəlxalq müşahidə missiyasının tərkibində fikir ayrılıqları olurdu. Ancaq bu dəfə onlar ümumi dil tapa bilməyiblər. Sizcə, niyə?
- Bundan əvvəlki prezident seçkisində mən AŞPA müşahidə missiyasının rəhbəri idim. Onda da bəzi şəxslər özlərini DTİHB-dən ayırmaq, fərqli bəyanat vermək istəyirdilər. Məncə, bu dəfə onların sayı daha çox olub. AŞPA nümayəndə heyətinin çox az üzvü DTİHB-ni dəstəkləyib.
Kürü

Kürü

- Bakıda baş verən bu hadisəni “kürü diplomatiyasının qələbəsi” adlandırmaq olar? Ötən il bir Avropa təşkilatı avropalı deputatların bahalı hədiyyələrlə ələ alındığını yazırdı.
- Əgər bu qələbə idisə, ona ancaq Pirr qələbəsi demək olar (Pirr qələbəsi “məğlubiyyətə bərabər qələbə” deməkdir – A.K.).
“DÜŞÜNMƏK VAXTIDIR”
- Qısamüddətli müşahidə missiyasının müstəqil və etibarlı sayılmaması barədə fikirlərlə nə dərəcədə razısınız?
- Baş verənlər Azərbaycan üçün spesifik haldır. Gürcüstanda, digər ölkələrdə biz daha yaxşı əməkdaşlığın şahidi olmuşuq. Hər ikisi lazımdır: qısamüddətli, uzunmüddətli müşahidəçilər; parlamentarilər və DTİHB.
- Sizcə, seçki monitorinqində nə dəyişməlidir?
- DTİHB kimi peşəkar qurumlarla və Judith G. Kelley-nin (Demokratiyanın Monitorinqi: Beynəlxalq Seçki Müşahidəçiliyi Nə Vaxt İşləyir və Niyə Daha Çox İflasa Uğrayır- A.K.) nə vaxtsa dediyi kimi, “seçki monitorinqinin kölgə bazarı” arasında aydın fərq qoymalıyıq. Düşünmək vaxtıdır.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG