Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 14:22
-
“2014-cü il büdcə layihəsində səhiyyə xərcləri daxilində xroniki böyrək çatşmazlığı üçün 30, xərçəngin müalicəsi üçün 40, şəkərli diabetə 34, hemofiliya və talassimiya üçün 11,2 milyon manat vəsait nəzərdə tutulub”.

Bu rəqəmləri gələn ilin büdcə layihəsi dartışılarkən maliyyə naziri Samir Şərifov dilə gətirib.
O, büdcə paketinin prezident İlham Əliyev tərəfindən müəyyənləşdirilmiş sosial-iqtisadi strategiyaya uyğun hazırlandığını bildirib. 2014-cü ildə dövlət büdcəsinin gəlirləri 18 mlrd. 384 mln. manat, xərcləri 20 mlrd. 63 mln. manat həcmində proqnozlaşdırılır:
“2014-cü il dövlət büdcəsi gəlirlərinin 9,3 milyard manatını və ya ümumi büdcə daxilolmalarının 50,8%-ni Dövlət Neft Fondundan transferlər, 7,1 milyard manatını Vergilər Nazirliyinin, 1,5 milyard manatını Gömrük Komitəsinin xətti ilə və digər daxilolmalar təşkil edir”.
NEFT FONDUNDAN TRANSFER
Nazir Dövlət Neft Fondundan transferin azalacağının, qeyri-neft sektoru üzrə daxilolmaların artmasının proqnozlaşdırıldığını vurğulayıb.
“Gələn ilin dövlət büdcəsində müdafiə xərclərinə 1 mlrd. 637 mln. 362 min manat, kənd təsərrüfatı, meşə, nəqliyyat, rabitə xərclərinə ümumilikdə 1 mlrd. 167 mln. manat vəsait proqnozlaşdırılır.

Sahibkarların güzəştli kreditlərlərlə təminatı, maliyyə dəstəyi üçün Sahibkarlığa Kömək Milli Fonduna 150 mln. manat nəzərdə tutulub. Naxçıvan MR-ə də bu məqsədlə 5 mln. manat vəsait ayrılması proqnozlaşdırılıb. Aqrolizinq üçün dövlət büdcəsindən 35 mln. manat ayrılacaq. Sosial ipoteka üçün dövlət büdcəsindən 40 mln. manat vəsait ayrılacaq.
DİPLOMATİYA XƏRCLƏRİ
Samir Şərifov 2014-cü ildə dövlət büdcəsinin 57 səfirlik və 5 beynəlxalq təşkilatları yanında fəaliyyət göstərən daimi nümayəndəlik və 9 konsulluq üçün, ümumilikdə 781 diplomatik korpusun saxlanması üçün 58 milyon manatın ayrılması nəzərdə tutulduğunu deyib.
"Üzv olduğumuz beynəlxalq təşkilatlara, konvensiyalara və maliyyə institularına üzvlük haqqının verilməsi üçün 20 milyon manat, ümumilikdə isə beynəlxalq fəaliyyət üçün 127 milyon manat vəsaitin ayrılması nəzərdə tutulur".
Nazir qeyd edib ki, əsas hədəf vergidənyayınmanın qarşısını almaq, vergi borclarının ləğv olunmasını, qeyri-neft sektorundan gələn gəlirlərin həcminin və əmsalının artırılmasına nail olmaqdır.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG