Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 16:38

Hərbi və mülki kompüter sistemlərinə hücum edən haker zaminə buraxılıb


ABŞ-ın hərbi və mülki kompüter sistemlərinə haker hücumu etməkdə ittiham olunan Britaniya vətəndaşı zaminə buraxılıb.

Bu barədə “Amerikanın səsi” radiosu məlumat yayıb.

Məlumata görə 28 yaşlı britaniyalı Lauri Love ABŞ ordu üzvlərinin şəxsi məlumatlarını, büdcə sənədlərini, hərbi obyektləri bağlamaq barədə planların detallarını və müqavilə məlumatlarını oğurlamaqda ittiham olunur.

Hakerlərin oğurladıqları məlumatlarla nə etdiklərinə dair heç bir məlumat yoxdur.

İddiaya görə o, son bir il ərzində İsveç və Avstrya hakerləri ilə birgə dəfələrlə ABŞ Hərbi, Müdafiə Nazirliyi, Ətraf Mühiti Qoruma Agentliyi və NASA Fəza Agentlikləri daxil olmaqla ABŞ təşkilatlarının kompüter sistemlərinə müdaxilə edib.

İttihamlar təstiqlənərsə onu 10 il həbs cəzası və əgər Birləşmiş Ştatlarda məhkum olunarsa böyük cərimələr gözləyir.

Ancaq buna görə onun ekstradisiyası tələb olunur.

Britanya oxşar maddə ilə ittiham olunan başqa adamın ABŞ-a ekstradasiyasına bir il əvvəl qadağa qoyub. Ancaq ekspertlər həmin hadisənin əlahiddə olduğunu və həmin şəxsdə Asperger Sindromu (psixi pozğunluq) aşkar edilməsi ilə əsaslandırılar.

Günün bütün mövzuları

XS
SM
MD
LG