Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 13:50

Milli Məclis 4 günlük fasiləsiz işə başlayır



Noyabrın 12-də Milli Məclisin növbəti plenar iclası keçiriləcək. İclas bütövlükdə 2014-cü ilin büdcə layihəsinin müzakirəsinə həsr olunacaq.

Parlamentin iclasları fasiləsiz 4 gün-noyabrın 15-dək davam edəcək.

Dörd gün ərzində dövlət büdcə layihəsindən əlavə “Dövlət Sosial Müdafiə Fondunun 2014-cü il büdcəsi haqqında” “2014-cü il üçün yaşayış minimumu haqqında”, “2014-cü il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihələri müzakirə olunacaq.

Gündəlikdə “Milli Məclis və Hesablama Palatasının 2014-cü il üçün xərclər smetası ilə bağlı layihələr də var.

Günün bütün mövzuları

XS
SM
MD
LG