Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 19:33

Suriya müxalifəti sülh konfransında iştirak üçün şərtlər irəli sürüb


 Ahmad Jarba

Ahmad Jarba

Suriya müxalifətinin yaratdığı Milli Koalisiya bir sıra şərtlər əsasında Cenevrədə gözlənilən beynəlxalq sülh konfransında iştiraka razı olduğunu bəyan edib.Müxalifət ilk növbədə insanlara təcili hümanitar yardım çatdırılması üçün hökumətin hümanitar dəhliz açmasını, bütün siyasi məhbuslar, qadın və uşaqların azad edilməsini tələb edir.Müxalifət bundan başqa hesab edir ki, prezident Bashar Assad ölkənin siyasi keçid dövründə və ölkənin gələcək taleyində iştirak etməməlidir.

Qərar müxalifətin İstanbulda keçirdiyi ikigünlük toplantıda qəbul edilib.

ABŞ və Rusiya ilin sonunadək Cenevrədə Suriya ilə bağlı növbəti sülh konfransı keçirilməsinə çalışır.

Suriya hökuməti konfransda iştirak edəcəyini vəd edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG