Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 15:54

İlham Əliyev Filippin prezidentinə başsağlığı verib



Noyabrın 11-də prezident İlham Əliyev Filippin prezidenti Benigno Aquino-ya başsağlığı verib.

İlham Əliyev Filippində baş verən qasırğa nəticəsində çoxsaylı insan tələfatı və irimiqyaslı dağıntılar barədə xəbərdən kədərləndiyini yazır:

«Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Filippin xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananların və xəsarət alanların tezliklə sağalmasını arzulayıram».

Noyabrın 8-də Filippində baş vermiş qasırğa 10 min nəfərin həyatına son qoyub və böyük əraziləri xarabaya çevirib. Filippin ordusu və beynəlxalq təşkilatlar fəlakətdən zərər çəkən 9 milyon adama humanitar yardım çatdırmağa çalışır.

Günün bütün mövzuları

XS
SM
MD
LG