Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 04:16

Kerry İranla razılıq əldə olunacağına ümidlə yanaşır


John Kerry
John Kerry
Beynəlxalq Atom Enerjisi Agentliyi İranla gələcək əməkdaşlıq barədə birgə bəyanat imzaladıqlarını deyir.Bu razılaşma agentliyin əməkdaşlarının İranın Arak ağır su reaktoru və Gachin uran mədəninə baş çəkməsinə yol açır.

Beynəlxalq Atom Enerjisi Agentliyinin rəhbəri Yukiya Amano Tehranda keçirdiyi mətbuat konfransında yaxın 3 ay ərzində praktiki tədbirlər həyəta keçirləcəyini deyib.

Mərkəzi İranda yerləşən Arak stansiyasının gələn ilin sonunadək istifadəyə verilməsi planlaşdırılır ki, bu beynəlxalq aləmi narahat edir.

ABŞ Dövlət katibi John Kerri Abu-Dabidə keçirdiyi mətbuat konfransında tərəflərin yekun razılığa gələcəyinə ümidlə yanaşdığını deyib.


Ötən həftə Cenevrədə İran və aparıcı 6 dünya ölkəsi arasında aparılan 3 günlük danışıqlar hələlik heç bir nəticə verməyib.Qərb İranı gizlicə nüvə silahı üzərində işləməkdə günahlandırır. ehran ittihamı rədd edir, nüvə proqramının dinc məqsədlər üçün nəzərdə tutulduğunu deyir.
XS
SM
MD
LG