Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 20:49

«Yeni Müsavat» qəzeti marafon keçirəcək


Rauf Arifoğlu (Foto: Fərahim İlqaroglu)
Rauf Arifoğlu (Foto: Fərahim İlqaroglu)
-
Noyabrın 11-də «Yeni Müsavat» qəzetinin təsisçisi və baş redaktoru Rauf Arifoğlu «Facebook» sosial şəbəkəsindəki səhifəsində yaydığı müraciətdə belə deyir:
«Noyabrın 12-də saat 13-də isə qəzetimizdə abunə Marafonu keçiriləcək. Ziyalılarımızı, millət vəkillərini, partiya liderlərini, inanclı qardaşlarımı, Mətbuat Şurasının sədri və İdarə Heyətini, qəzet redaktorlarını, iş adamlarının təmsilçilərini; məni, qəzeti özünə dost bilənləri, oxucularımızın bütün kateqoriyadan olan nümayəndələrini Marafona dəvət edirəm. Redaksiyada yayım firmalarının nümayəndələri də olacaq. Özünü abunə etmək istəyən orada yazılacaq və 1 gün sonradan qəzetini evində almağa başlayacaq».
Baş redaktor qəzetin köhnə və sadiq oxucularına da üz tutub:
«İndi bizim dar günümüzdür. Dəstəyə, duaya, telefon zənginə, abunə yazılmağınıza ehtiyacımız var. Hakimiyyət məmurları 3 min nüsxə tirajımızı dövriyyədən çıxarıb. Onları bərpa etmək mümkün olmasa, çapımız tamamilə dayanacaq. Bu baxımdan, hər kəsdən qəzetimizə heç olmasa 1-2 aylıq abunə olmalarını istərdik. Aylıq abunə qiyməti 12 manatdır. Yarım aylıq da olar, 2 aylıq da, bir illik də, hətta bir həftəlik də. Kim istəsə, sadəcə telefon zəngi ilə, öncədən pul ödəmədən «Yeni Müsavat»a abunə ola bilər».
Qəzet rəhbərliyinin iddiasına görə, ictimai dəstək olmasa, tənqidi mediaya basqılar – üst-üstə cərimələr, satışa yaradılan əngəllər ucbatından qəzet hərt an fəaliyyətini dayandıra bilər.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG