Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 06:07

«Paşa Holdinq»in saytları sındırılıb


Paşa Holdinqin saytlarına belə müraicət yerləşdirilib
Paşa Holdinqin saytlarına belə müraicət yerləşdirilib
-
Noyabrın 11-də Paşa Holdinqin internet səhifəsinə haker hücumu olub. pashaholding.az, pashaholding.com saytlarına hücumu m4y0r adlı haker gerçəkləşdirib. O, bu saytları dağıtmasını belə əsaslandırıb:
«Saytları vurmaqda məqsədim sözümü hamıya çatdırmaqdır. Hər diplom alan savadlı deyil (söhbət Azərbaycandan gedir). Hansı şirkətə gedirsən ya iş yoxdur, ya yuxarı vəzifədə tanışın olmalıdır. Mənim diplomum yoxdursa, deməli, işsiz qalmalıyam?! Paşa Holdinqin saytına gəldikdə, proqramçılar məndən zəifdirlərsə, onda mənim günahım nədi?».
Bu gün (11 noyabr) Azərbaycanda iş günü olmadığındanı Paşa Holdinqin olaya münasibətini öyrənmək mümkün olmayıb.

Bir neçə saatdan sonra hücuma məruz qalmış saytlar fəaliyyətini bərpa edib.

Sentyabrda «Anonymous» adlı haker qrupu «AzərEnerji»nin saytını ələ keçirmişdi. Saytda Azərbaycanı «siyasi terror və diktatorluqdan» azad etməkdə köməyə çağırış, «Əliyevin siyasətindən narazılıq» və Azərbaycandakı «mafiya klanlarına» qarşı mübarizədə əlavə məlumatların açıqlanacağı yazılmışdı.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Məlumat Hesablama Mərkəzinin və Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Departamentinin serverində yerləşən saytlara da haker müdaxiləsi olmuşdu.
Nazirliyin mətbuat xidməti hücumun kim və ya kimlərin etdiyini araşdırdığını bildirmişdi. Hücumdan bir ildən çox vaxt keçsə də hələlik hücumla bağlı ictimaiyyətə məlumat verilməyib.
XS
SM
MD
LG