-
Prezident Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov son vaxtlar Rusiyada baş verən hadisələrə münasibət bildirib.
Elnur Aslanov deyib ki, Rusiyada müxtəlif millətçi qrupların atdığı addımlar diqqət mərkəzindədir:
Elnur Aslanov deyib ki, Rusiyada müxtəlif millətçi qrupların atdığı addımlar diqqət mərkəzindədir:
«Rusiyada baş verən hadisələr Azərbaycanı narahat edir. Azərbaycan rəsmiləri bununla bağlı öz mövqelərini bildiriblər. Sevindirici haldır ki, Rusiya dövlət başçısı Vladimir Putin də bu hadisə ilə bağlı dəfələrlə öz narahatlığını bildirib. Hətta ziddiyyətli fikirləri ilə tanınan Rusiya Dövlət Dumasının üzvlərinə də bununla bağlı narazılıqlarını ifadə edib».
APA-nın məlumatına görə, Elnur Aslanov Rusiya hakimiyyətinin bu narahatlıqlarının problemin həllində maraqlı olmalarının göstəricisidir.
Rusiyada azərbaycanlı miqrantlara təzyiqlər Moskvanın Qərbi Biryulevo rayonundakı «Pokrovski» meyvə-tərəvəz bazasında çalışan azərbaycanlı Orxan Zeynalovun yerli sakinlərdən birinin qətlində şübhəli bilinməsindən sonra güclənib.
Orxan Zeynalov 25 yaşlı bir gənci onun qız dostunun yanındaca bıçaqlayıb öldürməkdə suçlanır. Qətli törətməkdə şübhəli bilinən O. Zeynalov hadisədən 5 gün sonra saxlanıb. O, saxlanmazdan öncə millətçi qruplar gəlmə işçilərə qarşı Moskvada zorakılıqsız ötüşməyən aksiyalar keçiriblər. «Pokrovski» bazasının qarşısında etirazçılarla hüquq-mühafizə orqanları əməkdaşları arasında qarşıdurma da yaşanıb. Bundan sonra 5 min azərbaycanlının çalışdığı bildirilən həmin baza bağlanıb. Qapısının üzərində böyük həriflərlə yazılan «9 ay qapalıdır» elanı asılıb.