Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 10:33

Avropa Birliyi Flippinə yardım ayırıb


-
Avropa Birliyi Flippində tayfundan əziyyət çəkənlərə təcili yardım məqsədilə üç milyon avro pul ayırıb. Bunu birliyin humanitar yardım məsələləri üzrə komissarı bildirib.
Rusiya mətbuatının ölkənin xarici işlər nazirliyinə istinadən yaydığı məlumata əsasən, Flippində “Hayan” tayfunun ziyan vurduğu rayonlarda təxminən 150-ə yaxın Rusiya vətəndaşı var. Amma zərərçəkənlərin arasında onların olub-olmaması barədə məlumat yoxdur.
İlkin hesablamalara görə, Flippindin təkcə bir regionunda – Leyte əyalətində “Hayan” tayfunu nəticəsində ölənlərin sayı on minə çatıb. Rəsmi məlumata görə, həmin əyalətdə 70 faiz tikililər, o cümlədən yaşayış evləri yerlə yeksan olub.

Günün bütün mövzuları

XS
SM
MD
LG