Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 04:36

Hassan Rouhani: Nüvə proqramından vaz keçmək niyyətində deyilik


Hassan Rouhani

Hassan Rouhani

-
Tehran nüvə proqramı, o cümlədən uranı zənginləşdirməklə bağlı işlərindən vaz keçmək niyyətində deyil. İran prezidenti Hassan Rouhani belə deyib.
Məlumatı İranın “İSNA” agentliyi yayıb. Xəbərə görə, Rouhani bazar günü ölkə parlamenti qarşısında çıxışında deyib ki, “bu qırmızı xətdir, bunu aşmaq olmaz”.
Ölkə başçısı onu da qeyd edib ki, Tehran beynəlxalq razılaşma çərçivəsində nüvə istehsalını, o cümlədən ölkə ərazisi daxilində uranı zənginləşdirmə işini davam etdirəcək.
Şənbə günü Cenevrədə İranın nüvə proqramı bu ölkənin xarici işlər naziri də daxil beynəlxalq səviyyədə müzakirə olunub. Hələ ki yekun razılaşma yoxdur. Danışıqlar noyabrın 20-də davam etdiriləcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG