Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 05:01
-
«Azərbaycanda 2014-cü ildə gömrük tarifləri artırılmayacaq».

Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev Azərbaycanda gömrük tariflərinin artırılmasından imtinanın səbəbləri açıqlayıb.
Məlumatı Trend informasiya agentliyi yayıb. Aydın Əliyev jurnalistlərə açıqlamasında deyib ki, 2014-cü il dövlət büdcəsində gömrük orqanlarının xətti ilə daxilolmaların artımına ölkəyə idxalın gözlənilən artımı, sərhədyanı ərazilərdə ticarətin daha mədəni formada aparılması və onun gömrük bəyannaməsinə cəlb edilməsi rəvac verir.
A.Əliyev qeyd edib ki, DGK son 10 ay ərzində dövlət büdcəsinə illik 1,38 milyard manat proqnozla 1,134 milyard manat köçürüb. Gələn il üçün daxilolmalar üzrə proqnoz 1,51 milyard manat səviyyəsində müəyyənləşdirilib.
Hazırda Azərbaycanda gömrük tarifləri 1995-ci ildə qəbul edilmiş qanun əsasında tənzimlənir.

Günün bütün mövzuları

XS
SM
MD
LG