Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 07:15

Filippində dəhşətli qasırğa olub- Fotolar

Filippində tayfun nəticəsində ölənlərin sayı 10 min nəfərə çatıb. Flippinin təkcə bir regionunda – Leyte əyalətində “Hayan” tayfunu nəticəsində ölənlərin sayı on minə çatıb. Bu barədə yerli polisin səlahiyyətli nümayəndəsi məlumat verib. Məlumata görə, bu hələ ilkin hesablamalardır. Polisdən o da bildirilib ki, əyalətin 70 faizdən də çox ərazisi ciddi dağıntıya məruz qalıb. Hakimiyyət də artıq yüzlərlə sakinin ölməsi xəbərini rəsmən təsdiqləyib. Hazırkı siklon bugünədək dünyada görülmüş ən güclü siklonlardan sayılır. Cümə günü “Hayan” Flippinin mərkəzi hissəsində yərləşən altı adaya zərbə endirib. Küləyin sürəti saatda 275 kilometrə çatıb, dalğanın hündürlüyü 5-6 metr olub.

Davamı

Bölmələr

XS
SM
MD
LG